Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Azərbaycan və Rusiyanın mehriban qonşuluq əlaqələrini təcəssüm etdirən vahid memarlıq kompleksi yaradılacaqdır

09 aprel 2013 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfərdə olmuşdur.
Nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru A.Jilkin tərəfindən qəbul edilmişdir. Qəbul zamanı  Həştərxan şəhərində Azərbaycan tərəfindən knyaz Vladimir parkının salınması və onun abidəsinin ucaldılması barədə, bundan başqa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək uşaq bağçası üçün ayrılacaq torpaq sahəsi barədə müzakirələr aparılmış, habelə Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd olunmasına dair təkliflər irəli sürülmüş, fikir mübadiləsi aparılmışdır. Razılaşma əsasında Həştərxan vilayətində mayın əvvəlindən yubiley tədbirlərinin  keçirilməsi, o cümlədən 15 may 2013-cü il tarixdə əsas yubiley mərasiminin baş tutması ilə əlaqədar Həştərxan vilayətinin qubernatoru tərəfindən tədbirlər planı təsdiq edilməklə, müvafiq sərəncamın hazırlanması barədə aidiyyəti qurumlara konkret tapşırıq verilmişdir.
Bununla yanaşı səfər zamanı nümayəndə heyətinin üzvləri, Həştərxan vilayətinin vitse-qubernatoru və hökumətinin rəhbəri K.Markelov, Həştərxan şəhərinin meri M.Stolyarov və bir sıra rəhbər şəxslərlə knyaz Vladimirin abidəsinin ucaldılacağı əraziyə baxış keçirilmişdir. Baxış zamanı dini nümayəndələrin və memarların təklifləri dinlənilmiş, salınacaq parkın layihəsi üzrə müzakirələr aparılmış, bir sıra təkliflər irəli sürülmüşdür. 
Daha sonra Həştərxan şəhəri meriyasının nümayəndələrinin iştirakı ilə Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində inşası nəzərdə tutulmuş uşaq bağçası üçün ayrılacaq əraziyə baxış keçirilmişdir. Nümayəndə heyəti məktəbin rəhbərliyi və pedaqoji kollektivi ilə görüşmüş, məktəbin fəaliyyətindəki yeniliklər, keçirilən tədbirlər barədə məlumatları dinləmiş, şagirdlərin təhsili, təlim-tərbiyə prosesi ilə maraqlanmışdır.

Keçidlər