Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Nərimanov Gənclər Birliyinin üzvləri Qubada səfərdə olmuşlar

13 aprel 2013 | 15:00

12 aprel 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov Gənclər Birliyinin üzvləri Qubada iki günlük səfərdə olmuşlar. Səfər çərçivəsində onlar Heydər Əliyev Mərkəzində olmuş, Ümummilli liderimizin həyat və fəaliyyətini, gənclərə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillərlə tanış olmuş və mərkəzin konfrans zalında YAP Quba rayon təşkilatının gəncləri ilə görüş keçirmişlər. Görüşdə ölkə gənclərinin respublikamızın ictimai-siyasi həyatındakı mühüm rolu, gənclər siyasətinin ölkəmizin sosial-iqtisadi inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına verdiyi dəyərli töhfələr barədə müzakirələr aparılmışdır.
Daha sonra Quba Soyqırımı Məzarlığı ziyarət edilmiş və erməni millətçilərinin xalqımızın başına gətirdiyi müsibətlər haqqında gənc nəslin məlumatlandırılmasının onlarda vətənpərvərlik hisslərinin artırılmasında zəruriliyi bir daha qeyd olunmuşdur.
Səfər gənclərdə zəngin təəssüratlar yaratmışdır.

Keçidlər