Nərimanov Rayon Məhkəməsində “açıq qapı” təşkil ediləcək.
24 aprel 2013 | 15:00
Azərbaycan xalqınn ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 04 may 2013-cü il tarixi “açıq qapı” günü elan edilmişdir.
Nərimanov rayonu sakinləri ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanış olmaq, ölkəmizdə məhkəmə fəaliyyəti sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırmaq, hüquqlarının müdafiə mexanizmləri, məhkəməyə müraciət qaydaları və s. bu kimi məsələlər barədə məlumat və məsləhətlər almaq üçün, həmin gün saat 11.00-dan 16.00-dək böyük məsləhətçilər Zaur Xəlilovun və Sərxan Poladovun vasitəsi ilə məhkəmənin hakimləri tərəfindən qəbul ediləcəklər.