Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun qızlardan ibarət basketbol komandası Bakı şəhər çempionu oldu

24 aprel 2013 | 15:00

23 aprel 2013-cü il tarixdə 164 saylı məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəblilərin XXV spartakiadasının proqramına daxil olan Basketbol üzrə qızlar arasında Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən yarışda I yeri Nərimanov rayon komandası, II yeri Xətai rayon komandası, III yeri Yasamal rayon komandası tutmuşlar.
  Komandanın üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər