Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələri arasında IV respublika çempionatının final oyunu keçirilib.

21 may 2012 | 15:00

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında IV respublika çempionatının final oyunu keçirilib. Çempionatın qalibi adı uğrunda həlledici oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası qol vuraraq 1:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Keçidlər