Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun dördnövçülük komandaları Bakı şəhər çempionatında iştirak etmişlər

27 aprel 2013 | 15:00

25 aprel 2013-cü il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəblilərin XXV spartakiadasının proqramına daxil olan DÖRDNÖVÇÜLÜK üzrə qızlar arasında Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən yarışda I yeri Nərimanov rayon komandası, II yeri Sabunçu rayon komandası, III yeri Xəzər rayon komandası tutmuşlar.
26 aprel 2013-cü il tarixdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən DÖRDNÖVÇÜLÜK üzrə oğlanlar arasında Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda I yeri Xəzər rayon komandası, II yeri Sabunçu rayon komandası, III yeri Nərimanov rayon komandası tutmuşlar.
Komandaların üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında), basketbol (qızlar arasında) və dördnövçülük (qızlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 22 xalla I yerdə, Nərimanov rayonu 30 xalla II yerdə, Xəzər rayonu 37 xalla III yerdə, Səbail rayonu 39 xalla IV yerdə, Qaradağ rayonu 39 xalla V yerdə, Xətai rayonu 43 xalla VI yerdə, Nizami rayonu 48 xalla VII yerdə, Suraxanı rayonu 56 xalla VIII yerdə, Yasamal rayonu 65 xalla IX yerdə, Binəqədi rayonu 66 xalla X yerdə və Nəsimi rayonu 93 xalla XI yerdə qərarlaşmışlar.

Keçidlər