Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turu başlamışdır.

02 may 2013 | 15:00

Mayın 1-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turu başlamışdır.
Yarışın birinci mərhələsi Heydər Əliyev Mərkəzinin qarşısında start götürmüşdür. Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 kilometr olan mərhələ 11 dövrə vurmaqla başa çatacaqdır.
  “Tour d`Azerbaidjan”da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunların 17-si kontinental komanda, 2-si klub, 6-sı isə yığma komandadır. Hər komanda heyətində altı idmançı ilə yarışır. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir.
  Qeyd edək ki, turun ikinci mərhələsi mayın 2-də Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından start götürəcək Bakı–Abşeron–Qobustan–Şamaxı–İsmayıllı marşrutu üzrə keçiriləcək və idmançılar 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Üçüncü mərhələ mayın 3-də Qəbələ-Oğuz–Şəki–Oğuz–Qəbələ marşrutu üzrə (165 km) keçiriləcəkdir. Dördüncü mərhələ mayın 4-də Qəbələ-Şamaxı marşrutu üzrə təşkil olunacaqdır və velosipedçilər 116 kilometr məsafə qət edəcəklər. Beşinci – sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakının mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Keçidlər