Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır
25 may 2012 | 15:00
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Səhmdar Cəmiyyətindən bildirmişlər ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində uzun müddət istismarda olan çuqun boru xəttini metal borularla dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaqdır.
Bununla əlaqədar olaraq mayın 25-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsində - Vaqif prospekti, S. Vurğun, Xan Şuşinski, M. Qaşqay, C. Hacıbəyli, F.X. Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.