200 saylı Məktəb Lisey Kompleksində sakinlərin müraciətləri dinlənildi.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı fevral ayının 15-də 200 saylı Məktəb Lisey Kompleksində səyyar qəbul keçirib. Qəbulda rayon sakinləri ilə yanaşı RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Sakinlər tərəfindən bir sıra məsələlərlə bağlı, o cümlədən məhəllədaxili yolların asfaltlanması, ağacların budanması, dam örtüyünün təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, maddi yardım göstərilməsi, su təchizatının yaxşılaşdırılması barədə müraciətlər edilib.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan böyük işlərdən söz açan RİH başçısı bir neçə gün öncə təməli qoyulan müstəqillik dövrümüzün ən böyük Elektrik Stansiyası barədə sakinlərə ətraflı məlumat verdi. Bundan əlavə RİH başçısı hər bir vətəndaşın rifahının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi. Sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.