Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunmasına dair tədbirlərin keçirilməsi davam etdirilir.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Administrasiyası tərəfindən qəbul edilmiş "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunmasına dair tədbirlər proqramı çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Belə ki, tədbirlər çərçivəsində Həştərxan şəhərində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində onun adını daşıyan 11 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında bələdçilərin müsabiqəsi keçirilir.
"Heydər Əliyevin həyat və fəaliyyəti", "Azərbaycan tarixi", "Azərbaycanın tanınmış şəxsləri" foto-sərgisi üzrə ekskursiyanı orta məktəbin 10-11-ci sinif şagirdləri keçirirlər. Sərgi materiallarını Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri V.Doroxin hədiyyə etmişdir.
Yuxarı sinif şagirdləri sərgidə nümayiş etdirilən kompozisiyalarla kiçik yaşlı məktəbli həmkarlarını tanış edirlər. Ekskursiya zamanı şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, habelə Azərbaycan xalqının milli adət-ənənələri haqqında bir çox yeni və maraqlı məlumatlar əldə edirlər.
Məktəbin mediatekasında Azərbaycanın paytaxtına dair video görüntülər nümayiş etdirilir, iştirakçılar Bakı şəhərinin tarixi və müasir memarlıq abidələri ilə yaxından tanış olurlar.
Müsabiqə cari ilin 10 may tarixində yekunlaşacaqdır. Qaliblər xatirə ödülləri ilə mükafatlandırılacaqlar. Tədbir yetişməkdə olan gənc nəsildə tolerantlıq, xalqlar dostluğu və Azərbaycan xalqına hörmət hisslərini tərbiyə edir.
Eyni zamanda məktəbinin şagirdləri arasında Ulu öndərə həsr olunmuş dərs saatları keçirilmişdir. Dərs saatları söhbətlər, dəyirmi masalar və diskussiyalar formasında keçirilmişdir.
Uşaqlar Heydər Əliyevin doğulub və boya-başa çatdığı ailənin ənənələri ilə tanış olmuşlar. Şagirdlər keçirilən dərs saatlarında Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yeni və maraqlı məlumatlar əldə etmiş, Azərbaycan xalqının böyük oğlunun həyat yollarını özündə əks etdirən sinif yoldaşları tərəfindən hazırlanmış təqdimatlara baxmışlar.
Ümummilli liderin həyatı və ailəsi barədə nümayiş etdirilən foto-sərgi uşaqların böyük marağına səbəb olmaqla yanaşı, dahi şəxsiyyətin həyatının maraqlı məqamları haqqında onları bilgiləndirmişdir. Dərsdənkənar tədbirlər zamanı nümayiş etdirilən sənədli filmlər, şagirdlərə Əliyevlər ailəsi atmosferinin dərinliyini, Azərbaycan Prezidentinin siyasi fəaliyyətinin mürəkkəbliyini dərk etməyə yardım etmişdir.
Şübhəsiz ki, keçirilən dərs saatları Azərbaycan xalqının Böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yetişməkdə olan gənc nəslin daha çıx biliklər əldə etməsinə kömək etməklə yanaşı, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına, xalqlarımız arasında beynəlmiləlçilik ruhunun möhkəmləndirilməsinə xidmət edir.
Bunlarla yanaşı cari ilin 30 aprel tarixdə Heydər Əliyev adını daşıyan parkda ibtidai sinif şagirdləri arasında "Heydər Əliyev adına 11 nömrəli məktəb - mənim sevimli məktəbimdir.” rəsm müsabiqəsi təşkil olunmuşdur.
Öncədən şagirdlərin işlərinin eskizləri hazırlanmışdır. Tədbirdə həmçinin Heydər Əliyevə və Azərbaycana dair şerlər səslənmiş, mahnılar ifa olunmuş, səhnələr nümayiş etdirilmişdir.
Müsabiqənin münsiflər heyətinin tərkibinə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, müəllimlər valideynlər və yuxarı sinif şagirdləri daxil idilər.
Qaliblər “Ən mehriban sinif”, “Ən yaxşı yaradıcılıq işi”, “Ən gözəl orijinal kompozisiya”, “Mən rəsm çəkməyi bacarıram” nominasiyalar üzrə müəyyənləşdirilmiş və xatirə diplomları ilə təltif olunmuşlar.
Keçirilən tədbirlər şübhəsiz ki, Azərbaycan xalqının Böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yetişməkdə olan gənc nəslin daha çıx biliklər əldə etməsinə kömək etməklə yanaşı, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına, xalqlarımız arasında beynəlmiləlçilik ruhunun möhkəmləndirilməsinə xidmət edir.
Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam etdirilir.