Şriftin ölçüsü :

Saytın rəngi :

Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir

03 may 2013 | 15:00

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
  Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqlər zamanı Xırdalan, Sumqayıt, Xətai, Nərimanov, Nizami, Goranboy, Xaçmaz, Gəncə, Ağdaş, Ağcabədidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
  Ümumilikdə, monitorinqlər zamanı 360 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
  Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.

Keçidlər