Şriftin ölçüsü :

Saytın rəngi :

Odlar Yurdu Universitetində “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

03 may 2013 | 15:00

Odlar Yurdu Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.
  Konfransda universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev artıq Ulu Öndərin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrildiyini bildirmişdir. Ona görə də bu beynəlxalq konfransda İspaniya, Böyük Britaniya, Rusiya, Türkiyə və Gürcüstandan da nümayəndələr iştirak edirlər. İki gün davam edəcək konfransda 300 elmi məqalə dinləniləcəkdir. Ən yaxşı məqalələr universitetin elmi pedaqoji jurnalında çap ediləcəkdir.
  Tədbirdə universitetin prorektoru Samir Vəliyev qeyd etmişdir ki, Ümummilli Liderin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrilməsi təsadüfi deyildir. Çünki, Ulu Öndər müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, keçmiş SSRİ-nin də siyasi liderlərindən biri olmuşdur.
  Sonra xarici ölkə nümayəndələrin çıxışları dinlənilmişdir.

Keçidlər