Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

10 may 2013 | 15:00

9 may 2013-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ak.H.Əliyev və A.M.Cümə küçələrinin kəsişməsində salınmış nümunəvi yaşıllıq zolağın ərazisində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə kampaniyasında millət vəkilləri, Yeni Azərbaycan Partiyasının fəalları, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
       Aksiya Nərimanov rayonu ərazisində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə xüsusi olaraq yaşıllığın salınması üçün ayrılmış ərazidə keçirilmiş və 200-dən artıq, xüsusilə  İtaliyadan gətirilmiş, hündürlüyü 4-5 metr olan “Leylandra” növlü ağaclar əkilmişdir. Eyni zamanda, ərazidə təmizlik-abadlıq işləri aparılmışdır.
       Xatırlatmaq istərdik ki, rayonda İcra Hakimiyyətinin təşəbbüsü ilə ayrılmış 8 hektar sahədə salınmış meşə zolağının ərazisi tullantılardan təmizlənmiş, müvafiq hazırlıq işləri aparılaraq, əraziyə gübrə və münbit torpaq gətirilmişdir. Daha sonra həmin sahədə İcra Hakimiyyəti, müəssisə və təşkilatların iməcilikləri ilə qısa müddətdə minlərlə bəzək ağacı, gül kolu əkilmiş, lazımı suvarma sistemi qurulmuşdur. Habelə ətraf ərazi abadlaşdırılmış, meşə zolağının qorunması məqsədilə ərazinin ətrafı hasara alınmış və ətrafdakı yollara yeni asfalt örtüyü salınmışdır.

Keçidlər