Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli bayram konserti keçirilmişdir

10 may 2013 | 15:00

9 may 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azad Azərbaycan Televiziya kanalı  ilə birgə N.Nərimanov metro stansiyasının qarşısında yerləşən Samir Xasıyev adına parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli bayram konserti keçirilmişdir.
          Millət vəkillərinin, Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhid ailələrinin, şəhər sakinlərinin qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilmişdir.
Təntənəli konsert zamanı havaya rəngarəng şarlar buraxılmışdır.
          Rayon ərazisində fəaliyyət göstərən bağçaların uşaqları havaya 90 ədəd göyərçin  buraxdıqdan sonra səhnənin önündə rəqs kompoziyası nümayiş etdirmişlər.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi geyimlərdə gənc fəallar konsert boyu Azərbaycan bayraqlarını dalğalandırmışlar.
Sakinlərin böyük maraqla izlədiyi konsertdə həmçinin musiqi ifalarından əlavə xüsusi işıqlandırma və lazer şou nümayiş olunmuşdur.
          Konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur və tamaşa etməyə toplaşmış şəhər sakinləri təşkil olunmuş konsert proqramından zəngin təəsüratlarla ayrılmışlar.

Keçidlər