Şriftin ölçüsü :

Saytın rəngi :

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilmişdir

26 may 2012 | 15:00

“Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 26-da saat 17.00-dan etibarən paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilmişdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirmişdir ki, bu gün saat 17.00-dan etibarən tədbir başa çatanadək “Baku Crystal Hall”un yerləşdiyi inzibati əraziyə bitişik küçə və yollarda, xüsusilə Dövlət Bayrağı Meydanından Dənizkənarı Milli Park boyu Nobel prospektinədək, Neftçilər prospektinə kəsişən və ona paralel Ü.Hacıbəyli, Z.Əliyeva, R.Rza, R.Behbudov, Niyazi küçələri, Bülbül, Azadlıq prospektləri istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilmişdir. Bütün bunları nəzərə alaraq sürücülər alternativ yollardan istifadəyə üstünlük versinlər. Əhalidən, avtomobil sahiblərindən və sürücülərdən bu gün şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri xahiş olunur.
Mayın 13-dən tədbir başa çatanadək gün ərzində paytaxt ərazisində yük avtomobillərinin hərəkətinə tam məhdudiyyət qoyulmaqla Bakı-Salyan yolunun 14-cü kilometrindən-3-cü Kənar Dairəvi Yol istiqamətinə, 20-ci sahə dairəsindən Badamdar qəsəbəsi istiqamətinə, Bayıl qəsəbəsindən Xanlar küçəsi ilə Dağüstü Park istiqamətinə, A.Cəlilov-Y.Səfərov küçələri kəsişməsindən H.Əliyev prospekti istiqamətinə, 28 May-Y.Səfərov küçələri kəsişməsindən R.Behbudov küçəsi istiqamətinə, Azadlıq prospekti-28 May küçələri kəsişməsindən Ü.Hacıbəyli küçəsi istiqamətinə, Bülbül prospekti-Nizami küçəsi kəsişməsindən R.Behbudov küçəsi istiqamətinə, T.Elçin-M.Hüseyin küçələri kəsişməsindən Ş.Şamil küçəsi istiqamətinə, Ş.Şamil-İstiqlaliyyət küçələrinin kəsişməsindən Azərbaycan küçəsi istiqamətinə, Qoşa qala qapısı Gənclər meydanından 5 mərtəbə dairəsi istiqamətinə, Parlament prospekti-M.Hüseyn küçəsi, Parlament prospekti-M.Müşfiq küçəsi kəsişmələrindən, Nərimanov prospekti-M.Müşfiq küçəsi kəsişməsindən, Heydər Əliyev Mərkəzi yanından Təbriz küçəsi istiqamətinə minik avtomobillərinin hərəkət sxemi müəyyənləşdirilmişdir.
“Eurovision-2012” mahnı müsabiqəsinin tamaşaçılarının S.Vurğun parkı (“Azərbaycan Dövlət Dəmir Yollları” QSC-nin yanından), Azadlıq meydanından (Hökumət evi), Neftçilər prospekti Muzey Mərkəzi qarşısından, “Azneft” meydanından, “Dalğa Plaza”nın yanından xüsusi ayrılmış avtobuslarla daşınması təmin edilir.
 

Keçidlər