Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” adlı bayram tədbiri keçirilmişdir.
10 may 2013-cü il tarixdə “Altun Saray” restoranında Nərimanov Rayon Gənclər və İdman İdarəsi Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” adlı bayram tədbiri keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini Nərimanov rayonunda geniş şəkildə qeyd etmək, xatirəsini yad etmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Milli Məclisin Komissiya sədri Siyavuş Novruzov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
Tədbirin sonunda incəsənət xadimləri musiqi proqramı ilə tədbirə rəngarənglik qatdılar.