İstehlaka yararsız məhsullar məhv edilmişdir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Monitorinqlər zamanı Nəsimi, Yasamal, Xətai, Nərimanov, Səbail, Nizami rayonlarında, eləcə də Sumqayıt, Xaçmaz, Gəncə, Göyçay, Masallıda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 1300 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.