Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Diplomatiya Akademiyası ilə birgə Diplomatiya Akademiyasının tələbələri arasında ADAVision 2 mahnı yarışmasını keçirmişdir.

23 may 2013 | 15:00

 

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Diplomatiya Akademiyası ilə birgə Diplomatiya Akademiyasının tələbələri arasında ADAVision 2 mahnı yarışmasını keçirmişdir. Yarışmanın münsiflər heyətini Zamiq Hüseynov, Samir Cavadzadə, Natavan Həbibi və repçi Orxan Zeynallı təmsil etmişlər.    

          Azərbaycanın ayrı-ayrı şəhərlərini təmsil edən 12 nəfər iştirakçı öz ifaları ilə qonaqlara xoş əhval ruhiyəli, möhtəşəm bir qala konsert proqramı təqdim etmişlər. Fasilə zamanı isə BA2016 və 2017 qrup tələbələrinin təşkil etdiyi ritmik rəqslər nümayiş olunmuşdur.
Gərgin mübarizə nəticəsində Günay Bədəlova (BA2017) ifa etdiyi “My heart will go on” mahnısı ilə münsiflər heyəti və iştirakçıların dəstək qrupları tərəfindən 144 bal ilə 1-ci yeri, Səbinə Qarayeva 117 balla 2-ci yeri, Vüqar Quliyev isə 106 balla 3-cü yeri tutmuşlar.

Keçidlər