Şriftin ölçüsü :

Saytın rəngi :

22 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Murad Məmmədovun əziz xatirəsi yad edilib.

15 dekabr 2022 | 15:05

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Murad Şahin oğlu Məmmədovdur. Murad Məmmədov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Vətən uğrunda", “Cəsur döyüşçü, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Murad yaşasaydı  bu gün, dekabr ayının 15-i 22 yaşını qeyd edəcəkdi.  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, icra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayənələri 22 yaşı tamam olan qəhrəman şəhidimiz Muradın məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Murad Məmmədovun  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər