Şriftin ölçüsü :

Saytın rəngi :

İstehlaka yararsız məhsullar məhv edilmişdir.

28 may 2013 | 15:00


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
  Monitorinqlər zamanı Bakının Nərimanov, Xətai, Sabunçu, Səbail rayonlarında, eləcə də Sumqayıt, Quba, Gəncə, Lənkəran, Şabran, Qusar, Ucarda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
  Ümumilikdə, monitorinqlər zamanı 450 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
  Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.

Keçidlər