Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandası çempion olub.

30 may 2013 | 15:00

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə ölkə birinciliyinə yekun vurulub. Binə stadionunda baş tutan final qarşılaşmasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Azərbaycan Texniki Universitetinin komandası qarşılaşıb. Həlledici oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası birinciliyin qalibi olub.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Keçidlər