Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbirləri keçirilmişdir.

02 iyun 2013 | 15:00

31 may 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yerləşən “Mələk” Uşaq  Əyləncə Mərkəzində, və Kor və Zəif Görənlər üçün Respublika İnternat Məktəbində və həmçinin 1 iyun tarixində Psixonevroloji Uşaq Evində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram tədbirləri təşkil edilmişdir.
     Tədbir iştirakçıları bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu bildirmiş, eyni zamanda  uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırmışlar.
     Çıxış edənlər həmçinin, uşaqlara göstərilən dövlət qayğısından, uşaq hüquqları ilə bağlı qəbul olunmuş qanunlardan, ölkəmizdə uşaq və gənclər üçün yaradılmış şəraitdən danışmış, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, onlara əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasını əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xüsusi olaraq vurğulamışlar.
     Bayram tədbirləri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirilmişdir.
     Sonda uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.

Keçidlər