Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

11 iyun 2013 | 15:00


İyunun 8-9 da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 21,8 ton kənd təsərrüfatı məhsulları gətirilmişdir.
  Yarmarkada ilk baxışdan səliqə-sahman, bolluq və canlanma gözə çarpır, çeşidlərin bolluğu hiss olunur. Alıcılara mövsümə uyğun olaraq təzə kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən alça, ərik, gilas, gilənar, həmçinin ət, ağartı, göyərti və s. kənd nemətləri təklif edilir.
  Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirlər.

Keçidlər