Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı birinci yerə layiq görülmüşdür.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Yerli icra hakimiyyətlərində açıq hökumətin təşviqi ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində 12 iyun 2013-cü il tarixdə “Açıq hökumət: Şəffaf cəmiyyətin formalaşmasında əsas prioritetlərdən biri kimi” mövzusunda vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə sözügedən birliyin ofisində növbəti ictimai müzakirə keçirilmişdir.
Əsas məqsədi yerli icra hakimiyyətlərinin rəsmi internet resurslarının mövcud vəziyyəti və vətəndaşlarla icra hakimiyyətləri arasında təmasın müasir texnologiyanın imkanlarından geniş istifadə edilməklə qurulması ilə bağlı birliyin həyata keçirdiyi monitorinqin nəticələrinin təhlil edilməsi olan “dəyirmi masa”da Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi internet saytının fəaliyyəti bir çox meyarlara görə digər saytlardan öndə olduğu üçün yüksək qiymətləndirilərək, birinci yerə layiq görülmüşdür.