İstehlaka yararsız məhsullar məhv edilmişdir
21 iyun 2013 | 15:00
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və bölgələrdə növbəti monitorinqlər keçirmişdir.
Monitorinqlər zamanı Bakının Nərimanov, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Göygöl, Kürdəmir, Quba, Tərtərdə ərzaq məhsulları mağazalarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır. Ümumilikdə, 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.