Nərimanov rayon komandası “Sevinc” Kubokunun qalibi oldu
Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 2001-2002-ci il və 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak edib.
2001-2002-ci il təvəllüdlülər arasında yarimfinala çıxan Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda Nərimanov rayon komandası (3:1 ), Xətai və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə Xətai rayon komandası (4:2) qalib gəlib. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Xətai rayon komandaları arasında keçirilən gərgin oyunda 2:0 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ və Xəzər komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Qaradağ rayon komandası qalib gəlib. Beləliklə, yarışda 1-ci yerə "Nərimanov” komandası, 2-ci yerə "Xətai” komandası, 3-cü yerə isə "Qaradağ” komandası layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilib.