24 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin xatirəsi yad edilib.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Sənan Şahin oğlu Abdullayevdir. Sənan Abdullayev 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Vətən uğrunda", “Cəsur döyüşçü, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Sənan yaşasaydı bu il noyabrın 1-də 24 yaşını qeyd edəcəkdi. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin və Rayon Ağsaqqallar şurasının sədri, şəhidin ailəsi, eləcə rayon ictimaiyyətinin nümayənələri II Fəxri xiyabanda 24 yaşı tamam olan Sənanın məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Sənan Abdullayevin xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.