Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə 183 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilmişdir.

30 may 2012 | 15:00

30 may 2012-ci il tarixində rayon ərazisində yerləşən 183 nömrəli körpələr evi-uşaq bağçasında sözügedən bağçanın və burada fəaliyyət göstərən Valideyn-Tərbiyəçilərin Təhsilə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə rəsm və dekorativ-tətbiqi sənət sərgisi təşkil edilmişdir.
Öncə 183 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Sədaqət Kazımova tədbir iştirakçılarını salamlayaraq onları bu əlamətdar günlər münasibətilə təbrik etmiş, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və onların şəxsiyyət kimi formalaşmasında belə mərasimlərin rolunu yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində əsası ümummili lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Prezident İlham Əliyev müasir mərhələdə uğurla davam etdirir.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov sərginin açılışını bildirən rəmzi lenti kəsmişdir. Sərgidə bağçada tərbiyə alan fidan balaların əl işlərindən ibarət nümayiş etdirilən rəsm əsərləri iştirakçıları valeh etmiş, onlarda zəngin təəssüratlar yaratmışdır.
Tədbirin sonunda uşaqlar fəxri fərmanlar və müxtəlif hədiyyələrlə mükafatlandırılmış, sərgi iştirakçıları isə onları bayram münasibətilə təbrik edərək, qayğısız günlər, firavan həyat, layiqli vətəndaş olmalarını arzulamışlar.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları və bağçada fəaliyyət göstərən valideyin komitəsinin nümayəndələri iştirak etmişlər.

 

Keçidlər