Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Həştərxan vilayətinə işgüzar səfərə gəlmişdir.

21 avqust 2013 | 15:00

2013-cü ilin avqustun 19-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinə işgüzar səfərə gəlmişdir.
Səfərin məqsədi Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə Azərbaycan dövləti tərəfindən son dövrdə Həştərxan vilayətində inşası həyata keçirilən sosial-mədəni obyektlərin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir.
20 avqust 2013-cü il tarixdə Abdin Fərzəliyevin Həştərxan vilayəti Qubernatorunun səlahiyyətlərini icra edən Konstantin Markelovla, həmçinin Həştərxan şəhərinin meri Mixail Stolyarovla görüşləri keçirilmişdir. Görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışılmış, Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Söhbət əsnasında tərəflər hazırda Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin ucaldılması və abidənin  yerləşdiyi ərazidə parkın salınması istiqamətində aparılan tikinti və abadlıq işlərinin  gedişatı, abidənin və parkın açılışına hazırlıq işlərinin yekunlaşdırılması, habelə Həştərxan şəhərinin Bakı küçəsində yeni uşaq bağçasının inşası ilə bağlı məsələləri  müzakirə etmişlər. Həştərxan vilayətinin dövlət rəsmiləri ilə keçirilən görüşlər zamanı  2013-cü ilin payızında, Həştərxan şəhərinin 455 illiyi ərəfəsində Azərbaycan və Rusiya Federasiyasının hökumət nümayəndələrinin iştirakı ilə knyaz Vladimirin abidəsinin və abidənin  yerləşdiyi ərazidə salınmış yeni parkın rəsmi açılışı  gözlənilir.
Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin dövlət nümayəndələri ilə birlikdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə knyaz Vladimirin abidəsinin ucaldıldığı məkanda olmuş və abidənin  yerləşdiyi ərazidə yeni parkın salınması istiqamətində aparılan işlərlə yerində tanış olmuş, aparılan tamamlama işləri ilə bağlı tövsiyələr verilmiş,  habelə Heydər Əliyev adına 11 nömrəli orta məktəbin qarşısında inşa edilən uşaq bağçasının tikintisi üçün ayrılmış əraziyə baxış keçirərək, fikir mübadiləsi aparılmış, təkliflər verilmişdir.

Keçidlər