Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin şagird və müəllim kollektivinin təşəkkür məktubu.

04 sentyabr 2013 | 15:00

Hörmətli Abdin Ələsgər oğlu!
Həştərxan şəhərinin Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi, həmçinin valideyn və şagirdlərin adından bizim məktəbin bir qrup şagird və müəllimlərinin qonaqpərvər Azərbaycan torpağında yay istirahətlərini təşkil etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycanlıların qonaqpərvərliyi, səmimiliyi, mehribanlığı bizim məktəbin uşaq və pedaqoqlarının ürək və qəlblərində silinməz iz buraxmışdır. Azərbaycanda Həştərxanlı uşaqların tərəfinizdən düzgün planlaşdırılmış istirahət proqramı onlarda sağlam həyat tərzinin formalaşması ilə yanaşı, həm də onlara Azərbaycan xalqının adət-ənənələri, qədim və müasir Bakı şəhərinin görməli yerləri ilə tanış olmalarına  imkan yaratmışdır.
“Fəxri Xiyaban”da Heydər Əliyev və onun xanımının, habelə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə güllərin qoyulması, Heydər Əliyev Mərkəzinin, Dövlət Bayrağı Meydanının ziyarət olunması şagirdlərə böyük tərbiyəvi təsir göstərmişdir.
Əminik ki, iki böyük dövlət və xalq arasında dostluq və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sosial əhəmiyyətli layihələrin gerçəkləşdirilməsinə yönəlmiş  fəaliyyətiniz yetişməkdə olan gənc nəslin tərbiyə olunmasına xidmət edir.
Sizə yeni işlərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi və möhkəm cansağlığı arzulayırıq.

Məktəbin direktoru                                                                  T.E.Tixomirova

Keçidlər