Nərimanov rayonunda “Bilik Günü” geniş qeyd edilmişdir.
Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir.
Yüksək əhval-ruhiyyədə qeyd olunan bilik bayramında məktəblərdə təhsilə başlayan şagirdlər müxtəlif şeirlər söyləmişlər. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. Həmçinin “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak etmişlər.
Təhsilə olan dövlət qayğısının növbəti təcəssümü kimi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonunun bir sıra təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir.
Nərimanov rayonunda da təhsilin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, 2003-cü ildən 2013-cü ilədək rayonda fəaliyyət göstərən 22 tam orta məktəbdən 11892 şagird yerlik 15 məktəb əsaslı təmir olunmuş, 6 məktəb üçün 97 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Onlardan 14 məktəb Dövlət Proqramına müvafiq olaraq əsaslı təmir olunmuş, 6 məktəbdə ( 45, 82, 178, 36, 258 nömrəli tam orta məktəblər və 43 nömrəli Məktəb-Lisey Kompleksi) əlavə tədris korpusları inşa edilmişdir.
Vacib məqamlardan biri də təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu məsələdə hər il kecirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələri daha çox əhəmiyyətlidir. Hər il olduğu kimi, Nərimanov rayonundan bu il müsabiqədə iştirak edən 1 məktəb (39 №-li tam orta мəktəb) və 5 müəllim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mükafatlandırılmışdır.
Qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2012-2013-ci tədris ilində məktəbi bitirmiş 1722 məzundan 1487 nəfəri ali məktəblərə sənədlərini verib, bunlardan 993 nəfəri, yəni 66,7 %-i müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Nərimanov rayonu üzrə orta bal göstəricisinə görə ən yüksək nəticəni – 93,88 %-i 291 nömrəli Ekologiya liseyi qazanmış, 207 nömrəli tam orta məktəbdə bu göstərici - 74 %, 43 nömrəli Məktəb-Lisey Kompleksində isə - 67 % olmuşdur. Rayonun tam orta məktəblərini bitirmiş məzunlardan 57 nəfəri 600- dən, 18 nəfəri isə 650-dən artıq bal toplamış, 258 nömrəli tam orta məktəbin məzunu Məhəmməd İsmayılov ali məktəblərə qəbul imtahanında ən yüksək 700 bal toplamışdır.