Şriftin ölçüsü :

Saytın rəngi :

Əlillərlə görüş

19 sentyabr 2013 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi yeni minik avtomobilləri almış əlil rayon sakinləri ilə görüşərək onları bu münasibətlə təbrik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlillərin, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin, o cümlədən müharibə əlillərinin sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi diqqət və qayğının daha bir ifadəsi kimi  sentyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarından olan müharibə əlillərinə 40 ədəd “NAZ Lifan” markalı minik avtomobili verilmişdir. 
Nərimanov rayon sakinləri olan Məmmədov Sabit Nadir oğlu, Həmidov Nəsimi Xan oğlu, Məmmmədov Sahib Məmmədəli oğlu və Ağayev Nizami Qaraxan oğluna da avtomobillər təqdim edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi yeni minik avtomobilləri almış  rayon sakinləri ilə görüşərək onları bu münasibətlə təbrik edərək xoş arzularını bildirmişlər. Eyni zamanda minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, yaxın günlərdə daha bir qrup müharibə əlillərinə avtomobillər təqdim ediləcəkdir.

Keçidlər