Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

21 sentyabr 2013 | 15:00

Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edildi.
Azərbaycan və Rusiyanın xalq artisti, görkəmli sənətkar Müslüm Maqomayevin də məzarı ziyarət olundu.
Qonaqlar Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsini yad etdilər.
Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2006-cı ildə qardaşlaşmış rayonlar elan edilən Bakının və Həştərxan vilayətinin eyniadlı Nərimanov rayonları arasında əlaqələrin dinamik inkişafından söz açdı. Bildirdi ki, əlaqələrimiz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha yüksək səviyyəyə qalxıb.
Qonaqlar da ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışdılar. Həmçinin bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən knyaz Vladimirin heykəlinin ucaldılması, Heydər Əliyev adına parkda yerləşən uşaq şəhərciyinin nəzdində istirahət mərkəzinin açılışı, Ulu Öndərin adını daşıyan 11 saylı məktəbin nəzdində uşaq bağçasının təməlqoyma mərasimi və bu ilin noyabr ayında Bakıda Bakı-Həştərxan parkının açılışı vurğulandı. Qeyd edildi ki, aparılan bütün tikinti
işləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın daim nəzarətindədir. Məhz Heydər Əliyev Fondu tərəfindən 11 nömrəli orta məktəbdəki yenidənqurma, təmir işləri, Privoljski çayının körfəzindəki piyada keçidinin, həmçinin körfəzin sahilindəki uşaq şəhərciyi Heydər Əliyev Fondunun əməli fəaliyyətidir.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar. Onların diqqətinə çatdırıldı ki, xalqımızın Ümummilli Liderinin xatirəsinin əbədiləşdirildiyi bu muzey təşkil olunarkən onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.

Keçidlər