Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nərimanov rayonundakı psixonevroloji uşaq evində olmuşlar.

01 oktyabr 2013 | 15:00


Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də oldular.
  Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.
  Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edildi.

Keçidlər