Şriftin ölçüsü :

Saytın rəngi :

Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılmışdır

25 sentyabr 2013 | 15:00

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Monitorinqlər zamanı Bakının Nərimanov və Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Tovuz, Quba, Bərdə, Xaçmaz və Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır. Ümumilikdə, monitorinqlər zamanı 230 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
  Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.

Keçidlər