Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Qurban Bayramı qeyd edilmişdir.

16 oktyabr 2013 | 15:00

15 oktyabr 2013-ci il tarixində Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Həmişə olduğu kimi, İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, uşaq və tələbə, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban əti və ərzaq yardımından ibarət bayram sovqatı paylanılmışdır.

Keçidlər