Şriftin ölçüsü :

Saytın rəngi :

“18 oktyabr – Müstəqillik Günü” münasibəti ilə məktəblilərin XXVI spartakiadasının proqramına daxil olan “Dama” üzrə rayon birinciliyi keçirilmişdir.

19 oktyabr 2013 | 15:00

18 oktyabr 2013-cü il tarixdə Məktəb Lisey Kompleksində “18 oktyabr – Müstəqillik Günü” münasibəti ilə Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan dama üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov çıxış edərək iştirakçiları “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər.
Yarışda rayonun 18 məktəb komandası tərkibində 108 nəfər məktəbli (onlardan 36 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 193 saylı məktəbin komandası, II yerə 82 saylı məktəbin komandası, III yerə isə 207 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanmişdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər