Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon məktəblilərin XXVI spartakiadasının proqramına daxil olan “Şahmat” üzrə rayon birinciliyi keçirilmişdir.

26 oktyabr 2013 | 15:00

25 oktyabr 2013-cü il tarixdə Məktəb - Lisey Kompleksində Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları çıxış edərək iştirakçıları salamlamış, onlara uğurlar diləmişlər.
Yarışda rayonun 20 məktəb komandası tərkibində 120 nəfər məktəbli (onlardan 40 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə Məktəb - Lisey Kompleksin komandası, II yerə “Ankara Məktəbi” məktəb liseyin komandası, III yerə isə 82 saylı məktəbin komandası layiq görülmüşlər.
Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar. Məktəb – Lisey Kompleksinin komandası bu ilin noyabr ayinda keçiriləcək Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan şahmat növü üzrə şəhər mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər