Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Gələcəyin kinosu” mövzusunda sferik filmin nümayişi keçirilmişdir.

04 noyabr 2013 | 16:00

02-03 noyabr 2013-cü il tarixlərində Nərimanov rayonunda yerləşən S.Xasıyev adına Mərkəzi Parkda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Profi-Az” şirkəti ilə birgə rayonun yeniyetmə və gəncləri üçün ölkəmizdə ilk dəfə olaraq rəqəmsal tamgümbəzli proyeksiya sistemində “Gələcəyin kinosu” mövzusunda kainat haqqında filmlər nümayiş etdirilmişdir.
Gələcəyin kinosu olsn sferik kinonun nümayişi proyektorlar vasitəsi ilə 360 dərəcə baxış bucağı altında aparılmışdır. Yüksək innovativ texnologiyalarının tətbiqi nəticəsində filmlərin nümayişində yeni bir ölçü yaranır və tamaşaçılar okeanın dərinliyinə, müxtəlif planetlərə səyahət edə, kainatın ucsuz bucaqsız tərəflərinə uçuşlar edə bilmişlər.
İki gün davam edən tədbirdə 1100 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmiş, nümayış olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər