"9 noyabr - Azərbaycan Dövlət Bayrağı günü" münasibətilə Azərbaycan Turizm İnstitutunun tələbə və müəllim heyəti arasında dama turnirinin açılış mərasimi keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd "9 noyabr - Azərbaycan Dövlət Bayrağı günü"nün tələbələr arasında geniş şəkildə təbliğ edilməsi, tələbələrin asüdə vaxtlarının səmərəli təşkil edilməsi və dama idman növünün tələbələr arasında inkişaf etdirilməsindən ibarətdir.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İadarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Turizm İnstitutunun dekanı Rəhman Səfərov, kafedra müdiri Seyfəli Məmmədli, İnsan resusları şöbəsinin müdiri Afdandil Bayramov, yarışın baş hakimi - İnstitutun idman kafedrasının müdiri Rəhim Rəsulov çıxış etmişlər.
Yarışda 80 nəfər müəllim və tələbə iştirak edirlər.
Yarışda I, II və III yerləri tutan iştirakçılar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafik diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.