Şriftin ölçüsü :

Saytın rəngi :

“9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Nərimanov rayonunda “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilmişdir.

06 noyabr 2013 | 16:00

5 noyabr 2013-cü il tarixdə A.Mustafayev adına 202 №-li məktəb-liseyində  “9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqə 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilmişdir.
Müsabiqədə 15 məktəbdən 50 nəfər şagird iştirak etmişdir. Müsabiqənin nəticəsinə görə 7-10 yaş qrupu üzrə I yeri Sadıqov Kamran, II yeri Rüstəmli Gülüm, III yeri Həsənova Aynur, 11-14 yaş qrupu üzrə I yeri Zeynallı Arzu, II yeri Məhərrəmova Lamiyyə, III yeri Balametov Murad, 15-17 yaş qrupu üzrə I yeri İbrahimova Zəhra, II yeri Əliyev Murad, III yeri Nağıyev Elton tutmuşlar.
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar.

Keçidlər