Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan başlanan yol” adlı konfrans keşirilmişdir.

14 iyun 2012 | 15:00

14 iyun 2012-ci il tarixində МКТ İstehsalat Kommersiya MMC-nin Bakı İplik fabriki və Beynəlxalq Ticarət Mərkəzinin konfrans salonunda Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan başlanan yol” mövzusunda konfrans keçirilmişdir.
Konfransda millət vəkilləri, rayonun rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və gənclər təşkilatlarının fəalları iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü ilə açıq elan etmişdir.
A.Fərzəliyev 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirmişdir. Daha sonra qeyd etmişdir ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Azərbaycan parçalanar, erməni işğalı daha dərinlərə gedərdi.
Natiq Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdığını xüsusi olaraq vurğulamış, Azərbaycan Respublikasının ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladığını, qeyd etmişdir.
Daha sonra konfransda millət vəkili Adil Əliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev, “Təfəkkür” Universitetinin professoru Cümşüd Nuriyev, Azərbaycan Müəllimlər İnstitunun pedaqogika üzrə fəlsəfə elmləri doktoru Mircəfər Həsənli, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli çıxış etmişlər.
Çıxış edənlər qeyd etmişlər ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 19-cu ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir.
Çıxışlarda bir daha vurğulanmışdır ki, xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiqlərin çıxışlarında böyük əminlik hissi ilə bildirildi ki, müstəqil Azərbaycan dövləti məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxacaq, Azərbaycan xalqını firavan, xoşbəxt gələcəyə aparacaqdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş şəhid atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Yusifov İrşad Mustafa oğluna Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həmin medal təqdim edilmişdir. Həmçinin 19 yaşlı rayon sakini, 15 iyun 1993-cü ildə - Milli Qurtuluş Günündə anadan olmuş Veysəlov Mustafa Qiyas oğlu qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
 

Keçidlər