Şriftin ölçüsü :

Saytın rəngi :

“9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə məktəblilərin XXVI spartakiadasının proqramına daxil olan “Stolüstü tennis” üzrə rayon birinciliyi keçirilmişdir.

07 noyabr 2013 | 16:00

6 noyabr 2013-cü il tarixdə 258 №-li tam orta məktəbdə “9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan stolüstü tennis üzrə yarış keçirilmişdir. Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçiları “9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə təbrik etmiş, onlara uğurlar diləmişdir.
Yarışda rayonun 16 məktəb komandası tərkibində 80 nəfər məktəbli (onlardan 32 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəсinə görə I yerə 258 №-li tam orta məktəbdin komandası, II yerə 291 №-li “Araz” Ekologiya Liseyin komandası, III yerə isə 177 №-li tam orta məktəbdin komandası layiq görülmüşlər.
Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar. 258 №-li tam orta məktəbdin komandası Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan stolüstü tennis növü üzrə şəhər mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər