Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon yeniyetmə və gəncləri Dövlət Bayrağı Muzeyində olmuşlar.

08 noyabr 2013 | 16:00

07 noyabr 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun yeniyetmə və gəncləri “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksinə ekskursiya etmişdilər.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, idarənin əməkdaşları, rayon ərazisində yerləşən orta ümumtəhsil müəssisələrinin fəal şagirdləri iştirak etmişdilər.
Tədbir iştirakçıları öncə Bayraq Meydanını ziyarət ediblər, daha sonra Dövlət Bayrağı Muzeyinin bələdçisi Aynur Hüseynova gəncləri muzeydə nümayiş etdirilən Azərbaycan xalqının tarixən və bu gün əldə etdiyi eksponatlarla tanış etmişdir.
Sonda yeniyetmə və gənclər Dövlət Bayrağı Meydanında xatirə şəkili çəkdirdilər.

Keçidlər