Nərimanov rayonunda Dövlət Bayrağı Günü qeyd olunmuşdur.
8 noyabr 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Evrika” özəl tam orta ümumtəhsil məktəbin akt zalında Rayon İcra Hakimiyyəti və liseyin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Evrika” liseyinin müəllimləri və rayonun gənc fəallar iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
İlk öncə tədbirdə çıxış edən liseyin müəllimləri Azərbaycanın Dövlət Bayrağının tarixindən danışmışlar və qeyd etmişdirlər ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir. Onlar xüsusilə vurğulamışdırlar ki, bayrağımıza hörmət, ehtiram, sevgi və qayğı hər bir gəncin, hər bir vətəndaşın milli fəxarət məqamına çevrilməlidir.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə liseyin kollektivini tam orta ümumtəhsil məktəbinin yenicə fəaliyyətə başlaması və həmçinin tədbir iştirakçılarını 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. İcra başçısı qeyd etmişdir ki, təhsilə daim önəm verən Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin bir müddət öncə yenidən prezident seçilməsi əhalinin bütün təbəqələrinin nümayəndələrinin olduğu kimi təhsil işçilərinin də ona yüksək etimad göstərməsinin nəticəsidir. A.Fərzəliyev həmçinin vurğulamışdır ki, prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanın təntənəli açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamı imzalaması ölkə rəhbərinin Azərbaycan Respublikasının rəmz və atributlarına olan hörmət və qayğısının göstəricisidir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dövlət bayrağının rəngləri və üzərindəki simvollar haqqında bir daha məlumat vermişdir. O, xatırlatmışdır ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Yekunda Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş olan yeni üzvlərinə partiyanın vəsiqələrini təqdim etmişdir.