«09 noyabr – Dövlət Bayrağı Günü» münasibəti ilə “Mənim bayrağım” adlı keçirilmiş şeir müsabiqəsində Nərimanov rayonununun təmsilçisi Bakı şəhər çempionu oldu.
«09 noyabr – Dövlət Bayrağı Günü» münasibəti ilə “Mənim bayrağım” adlı Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə iştirak edən Bakı şəhərinin 11 rayonu arasında I yerə Nərimanov rayonunda yerləşən 291 №-li “Araz” Ekologiya Liseyinin IX sinif şagirdi Zeynallı Arzu layiq görülmüşdür. Həmçinin Nərimanov rayonun təmsil edən M.Məmmədov adına 37 №-li tam məktəbin IV sinif şagirdi Sadıqov Kamran müsabiqədə fərqlənmişdir.
Bununla yanaşı «09 noyabr – Dövlət Bayrağı Günü» münasibəti ilə “Mənim bayrağım” adlı Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsi də keşirilmişdir. Bu müsabiqədə də Nərimanov rayonunu təmsil edən R.Nəsrəddinov adına 39 №-li tam məktəbin şagirdi Ələkbərli Şamilə III yerə layiq görülmüş, M.Şəhriyar adına 193 №-li tam məktəbin şagirdi Əsgərova İntizar isə fərqlənmişdir.
Qaliblər diplom, pul və hədiyyə ilə təltif olunmuşlar.