Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Müəllimlər İnstitutunun tələbələri arasında "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş şahmat turniri keçirilmişdir

16 noyabr 2013 | 16:00

15 noyabr 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Müəllimlər İnstitutunda tələbələr arasında "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş şahmat turniri keçirilmişdir. Turnirin rəsmi açılış mərasimində institutun prorektoru Sadıqov Rəşad, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru, institut üzrə Tələbə-Gənclər Təşkilatının sədri çıxış edərək turnir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, şahmatın inkişafında xüsusilə gənclər arasında keçirilən turnirlərin böyük rol oynadığını, Respublika Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 21 nəfər tələbə iştirak etmişdir. Turnirdə I yeri Cəfərquliyev Sənan, II yeri Hacıyev Tural, III yeri Əlizadə Surxay tutmuşlar. Qaliblər, həmçinin fərqlənən iştirakçılar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, kuboklar və hədiyyələrlə təltif edilmişlər.

Keçidlər