Şriftin ölçüsü :

Saytın rəngi :

“Odlar Yurdu” Universitetində "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş dama və şahmat turnirləri keçirilmişdir.

17 noyabr 2013 | 16:00

16 noyabr 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Odlar Yurdu” Universitetində tələbələr arasında "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş dama və şahmat turnirləri keçirilmişdir. Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, universitet üzrə Tələbə-Gənclər Təşkilatının sədri çıxış edərək turnir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, şahmatın inkişafında xüsusilə gənclər arasında keçirilən turnirlərin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar.
Yarışlar 3 nominasiya üzrə keçirilmişdir: tələbələr arasında dama və şahmat turnirləri, həmçinin universitetin Tələbə-Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri arasında dama turniri. Bütün turnirlər olimpiya sistemi üzrə keçirilmişdir. Ümumilikdə yarışlarda 46 nəfər iştirak etmişdir. Tələbələr arasında dama turnirində I yeri Əfəndiyev Tahir, II yeri Tağıyev Vüsal, III yeri Məmmədov Vüsal, şahmat turnirində I yeri Məmmədov Gündüz, II yeri Daşdəmirov Ənvər, III yeri Əlizadə Əli, universitetin Tələbə-Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri arasında dama turnirində I yeri Səlimov İdris, II yeri Babaxanov Kamran, III yeri Şirinova Nigar tutmuşlar.
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişlər.

Keçidlər