Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyinə həsr edilmiş dama və şahmat turnirləri keçirilmişdir
15-16 noyabr 2013-cü il tarixlərində Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatı Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyinə həsr edilmiş dama və şahmat turnirləri keçirilmişdir. Turnirin rəsmi açılış mərasimində Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək şahmatın inkişafında xüsusilə gənclər arasında keçirilən turnirlərin böyük rol oynadığını, Respublika Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, iştirakçılara müvəffəqiyyətlər arzulamışlar.
Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, kuboklar və hədiyyələrlə təltif edilmişlər.