Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

22 noyabr 2013 | 16:00

21 noyabr 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Caspian Line Biznes Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
  Tədbirdə millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Kərim Kərimov və Adil Əliyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və fəal gənclər iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
A.Fərzəliyev vurğulamışdır ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir. YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu yaxınlarda ölkəmizdə keçirilmiş Prezident seçkiləri Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini, onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqləmişdir. Prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti  ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı  uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Prezident cənab  İlham Əliyev YAP İdarə Heyəti üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirmişdir ki, hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük.
  Tədbirdə həmçinin YAP-nin icra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov, millət vəkilləri Mübariz Qurbanlı və Kərim Kərimov, YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyev, "91"-lərin təmsilçisi, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən,  hal-hazırda 600 minə yaxın üzvü olan partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan geniş danışmışlar. Natiqlər partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olmasını, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməsini xüsusilə vurğulamışlar.
Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibəti ilə, partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslərə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Fəxri Fərmanları, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin adından rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına görə fərqlənmiş şəxslərə hədiyyə və mükafatlar təqdim edilmişdir.
Mükafat və hədiyyələrin təqdimatından sonra Yeni Azərbaycan Partiyasının  sıralarına qəbul olunmuş olan yeni üzvlərinə partiyanın vəsiqələri təqdim edilmişdir.

Keçidlər